Emin Hüseynov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
20 noyabr 2022 12:57 (UTC +04:00)

Emin Hüseynov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Ağdam şəhərinə qayıdış bu tarixdə olacaq

“Ağdamda geniş miqyaslı bərpa-quruculuq işləri davam edir”.

Bunu APA-ya açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Emin Hüseynov deyib ki, Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənib, ictimaiyyətə təqdim olunub: “O tarixdən başlayaraq həm mina təmizləmə işlərində, həm baza infrastrukturun qurulması sahəsində mühüm işlər görülüb. Avtomobil və dəmir yolları, elektrik xətlərinin çəkilməsi istiqamətində layihələr yekunlaşmaq üzrədir. Yəni gələn ilin əvvəlinə bu layihələrin bir çoxu yekunlaşacaq. Eyni zamanda paralel olaraq sosial-iqtisadi infrastrukturun qurulması istiqamətində geniş miqyaslı işlər gedir. Həm Ağdam Sənaye Parkında yeni iş yerlərinin açılması istiqamətində, həm xəstəxana tikintisi, həm 1 nömrəli məktəblə əlaqədar yekunlaşma işləri aparılır. Tarixi-mədəni abidələrimizdə restavrasiya işləri də aparılır. Bütün bunların məntiqi nəticəsi olaraq artıq yaşayış məhəllələrinin layihələndirilməsi aparılır və biz gələn ilin ortasından yaşayış məhəllələrinin tikintisinə başlayırıq. Məqsədimiz odur ki, dövlət proqramında da göstərildiyi kimi 2026-cı ilin sonuna qədər həm Ağdam şəhərinə, həm ətraf kəndlərə insanlarımızın qayıtmasını təmin edək”.

# 4656
avatar

Oxşar yazılar