AMEA-da DƏYİŞİKLİK: Elm və Təhsil Nazirliyi  yaradıldı
28 iyul 2022 18:19 (UTC +04:00)

AMEA-da DƏYİŞİKLİK: Elm və Təhsil Nazirliyi yaradıldı

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının SİYAHISI

1. Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələri:

1.1. Fizika İnstitutu;

1.2. Riyaziyyat və Mexanika İnstitutu;

1.3. İdarəetmə Sistemləri İnstitutu;

1.4. Radiasiya Problemləri İnstitutu;

1.5. İnformasiya Texnologiyaları İnstitutu;

1.6. Biofizika İnstitutu

1.7. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası;

1.8. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu;

1.9. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu;

1.10. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu;

1.11. Polimer Materialları İnstitutu;

1.12. Geologiya və Geofizika İnstitutu;

1.13. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu;

1.14. Təbiət Tarixi Muzeyi;

1.15. Neft və Qaz İnstitutu;

1.16. Botanika İnstitutu;

1.17. Zoologiya İnstitutu;

1.18. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu;

1.19. Mikrobiologiya İnstitutu;

1.20. Dendrologiya İnstitutu;

1.21. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu;

1.22. Genetik Ehtiyatlar İnstitutu;

1.23. Torpaqşünaslıq və Aqrokimya İnstitutu;

1.24. İqtisadiyyat İnstitutu.

2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:

2.1. Təbii Ehtiyatlar İnstitutu;

2.2. Bioresurslar İnstitutu;

2.3. Batabat Astrofizika Rəsədxanası.

3. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:

3.1. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu;

3.2. Bioresurslar İnstitutu;

3.3. Aqrar Problemlər İnstitutu;

3.4. Nəbatat Bağı.

4. Azərbaycan Milli Elmlər Akademiyasının təsərrüfat-hesablı elmi xidmət müəssisələri:

4.1. Təcrübə-Sənaye Zavodu;

4.2. “Kibernetika” Elmi İstehsalat Birliyi;

4.3. “Nafta” Elmi İstehsalat Birliyi;

4.4. “Aşqar” Elmi İstehsalat Birliyi;

4.5. “Kompozit” Elmi İstehsalat Birliyi.

5. Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Bundan başqa, Elm və Təhsil Nazirliyinin yanında iki agentlik yaradılıb:

- Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;

- Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.

Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməyən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı isə aşağıdakı kimidir:

Yer Elmləri Bölməsi:

Respublika Seysmoloji Xidmət Mərkəzi

Humanitar Elmlər Bölməsi:

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nəsimi adına Dilçilik İnstitutu

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

Memarlıq və İncəsənət İnstitutu

Folklor İnstitutu

İctimai Elmlər Bölməsi

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu

Fəlsəfə və Sosiologiya İnstitutu

Hüquq və İnsan Haqları İnstitutu

Qafqazşünaslıq İnstitutu

Elm Tarixi İnstitutu

AMEA-nın nəzdindəki təşkilatlar:

Mərkəzi Elmi Kitabxana

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi

Gənc Alim və Mütəxəssislər Şurası

Azad Həmkarlar İttifaqı

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası

AMEA-nın Regional Bölmələri:

Naxçıvan Bölməsi

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu

Əlyazmalar Fondu

Elmi Kitabxana

Nəbatat bağı

Gəncə Bölməsi:

Nizami Gəncəvi Mərkəzi

Humanitar Tədqiqatlar İnstitutu

Diyarşünaslıq İnstitutu

AMEA-nın Regional Elmi Mərkəzləri:

Şəki Regional Elmi Mərkəzi.

Qeyd edık ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsi hazırlanacaq.

# 8586
avatar

Oxşar yazılar