Azərbaycan Ordusunun iki hərbçisi vəfat edib
12 iyun 2022 16:14 (UTC +04:00)

Azərbaycan Ordusunun iki hərbçisi vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçuları tibb xidməti polkovnik leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.

Lent.az APA-ya  istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən bildiriblər ki, polkovnik leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular. Həkimlərin səyinə baxmayaraq hərbi qulluqçularımızın həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi  dünyasını dəyişən hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.

# 3678
avatar

Oxşar yazılar