Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2023 01:25 (UTC +04:00)

Azərbaycana yaz fəsli daxil oldu

Azərbaycana yaz fəsli daxil olub.

Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a verilən xəbərə görə, bu il yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olub.

Bu zaman gecə ilə gündüz bərabərləşib. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib. Həmin andan etibarən şimal yarım kürəsində yaz fəsli başlayıb.

Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-nə qədər davam edəcək.

# 2712
avatar

Oxşar yazılar