Azərbaycanda  12 dərəcə şaxta   olub - FAKTİKİ HAVA
30 dekabr 2022 11:15 (UTC +04:00)

Azərbaycanda 12 dərəcə şaxta olub - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 29-u gün ərzində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə yağan qar 30-u gecə saatlarından kəsilib.
 
Qar örtüyünün hündürlüyü:  Qax, Şahdağda 2 sm, Altıağacda 1 sm olub. 
 
Düşən yağıntının miqdarı:  Astarada 7.0 mm, Lənkəranda 6.0 mm, Ağdərə (Ordubad), Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabranda 1.0 mm-dək olub. 
 
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvan MR-da 5-9° şaxta, dağlıq rayonlarda 7-12° şaxta, aran rayonlarında 1° şaxtadan 2°-dək isti olub.
 
Bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 1-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

# 2343
avatar

Oxşar yazılar