Azərbaycanda 4 adda PUA istehsal olunub - FOTO
06 sentyabr 2022 17:27 (UTC +04:00)

Azərbaycanda 4 adda PUA istehsal olunub - FOTO

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Deftech” şirkəti tərəfindən yeni pilotsuz uçuş aparatları hazırlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, “Ovçu-G4”, “Turaz”, “Fatum” və “Tilt Rotor” pilotsuz uçuş aparatları 2022-ci istehsalıdır.

"Tilt Rotor" pilotsuz uçuş aparatı uzunmənzillidir, bununla yanaşı, həmçinin yük daşıma imkanı da var.

“Fatum” isə kəşfiyyat aparır, eyni zamanda, zərbə dronudur. Onun effektiv döyüş başlıqları 2 kq-dır. Effektiv istifadə radiusu 10-15 kq hesab edilir. Uçuş məsafəsi 10 km-dir.

“Turaz” isə kəşfiyyat xarakterli pilotsuz uçuş aparatıdır. Onun telemetriya sistemi 30-200 km arası təyinata uyğun olaraq təmin edilə bilir.

“Ovçu–G4” isə infraqırmızı kamera ilə birləşdirilmiş minaatan (82 mm) buraxılış qurğusu ilə təchiz edilib.

# 2796
avatar

Oxşar yazılar