Azərbaycanda COVID-dən daha  9 nəfər öldü
03 sentyabr 2022 21:08 (UTC +04:00)

Azərbaycanda COVID-dən daha 9 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 612 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 9 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 815 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 801 707 nəfər müalicə olunaraq sağalıb, 9 822 nəfər vəfat edib, aktiv xəstə sayı 3 518 nəfərdir.

Ölkədə son sutka ərzində 4 025, hazırkı dövrədək isə 7 166 533 test aparılıb.

# 3669
avatar

Oxşar yazılar