Azərbaycanda  hara qar yağır?   - AÇIQLAMA
10 yanvar 2023 16:47 (UTC +04:00)

Azərbaycanda hara qar yağır? - AÇIQLAMA

Ölkə ərazisində qarlı və dumanlı hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 10-da saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Şəki, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Cəfərxan, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Bakı, Maştağa, Binə, Neft Daşlarında zəif qar yağır. Digər rayonlarda isə yağıntıda qısa fasilə yaranıb.

Havanın temperaturu hal-hazırda Bakıda və Abşeron yarımadasında və aran rayonlarında 0°-yə yaxındır, dağlıq və dağətəyi rayonlarda isə 11°-dək şaxta müşahidə olunur.

# 2367
avatar

Oxşar yazılar