Azərbaycanda koronavirusa yoluxma sayı 200-ə çatır -  SON STATİSTİKA
17 iyul 2022 16:37 (UTC +04:00)

Azərbaycanda koronavirusa yoluxma sayı 200-ə çatır - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 190 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 794 588 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 998 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 867 nəfərdir.

Ölkədə son sutka ərzində 2 893, hazırkı dövrədək isə 7 002 575 test aparılıb.

# 4245
avatar

Oxşar yazılar