Azərbaycanda polis  gücləndirilmiş rejimə   keçib - FOTO
10 iyul 2022 22:26 (UTC +04:00)

Azərbaycanda polis gücləndirilmiş rejimə keçib - FOTO

Vətəndaşlarımızın təhlükəsizliyini­n, onların rahat ist­irahətinin təmin ed­ilməsi daxili işlər or­qanları əməkdaşların­ın daim diqqət mərkə­zindədir.

Daxili İşlər Nzirliyindən (DİN) Lent.az-a verilən xəbərə görə, həftə sonu və bayram günləri ilə əlaqədar vətəndaşlarımızın çimərlik zonaları istiqamətinə sıx hərəkətini nəzərə alaraq həmin ərazilərdə polis əməkdaşları tıxacların yaranmaması üçün avtomobillərin hərəkətini tənzimləyir, istirahətdə olan vətəndaşlarımızın təlükəsizliyini yüksək səviyyədə qorumaq üçün gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Bir daha vətəndaşlarımızı Qurban bayramı münasibətilə təbrik edir, xoş istirahətlər arzulayırıq!

# 2655
avatar

Oxşar yazılar