Azərbaycanda yeniyetmə qız ərə verilib? - RƏSMİ CAVAB
31 oktyabr 2022 16:24 (UTC +04:00)

Azərbaycanda yeniyetmə qız ərə verilib? - RƏSMİ CAVAB

Azərbaycanda 16 yaşlı qızın ərə verilməsi barədə xəbər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Lent.az-a açıqlamasında bildirib ki, həmin faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. 

Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə yalnız nişan mərasiminin keçirildiyini, övladlarının hal-hazırda onlarla birlikdə yaşadığını,  18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər.

Qeyd edək ki, yayılan məlumata görə, Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı M. A Zal Qarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib.

# 1362
avatar

Oxşar yazılar

Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

30 yanvar 2023 , 14:11
Sabah  qar yağacaq   - HAVA PROQNOZU

Sabah qar yağacaq - HAVA PROQNOZU

30 yanvar 2023 , 12:49
Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO  -VİDEO

Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO -VİDEO

30 yanvar 2023 , 12:38
Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO -YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO-YENİLƏNİB

30 yanvar 2023 , 12:14
10 ton   süd məhsulları məhv edildi - Azərbaycanda

10 ton süd məhsulları məhv edildi - Azərbaycanda

30 yanvar 2023 , 11:40
Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO - VİDEO  - YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO- VİDEO - YENİLƏNİB

30 yanvar 2023 , 11:35
Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

30 yanvar 2023 , 10:10
Şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər xiyabanında dəfn olunacaq

Şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər xiyabanında dəfn olunacaq

30 yanvar 2023 , 09:32