Azərbaycanın ən sürətli yolu müəyyənləşib.
Lent.az xəbər verir ki, Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan 129 km-lik hissəsində yeni nişanlar quraşdırılıb.
Həmin yolda avtomobillər üçün sürət həddi 130 km/saat göstərilir. Sürət həddini göstərən nişanlar da yol kənarına qoyulub.
Jurnalist Elxan Yusiflinin yoldan paylaşdığı fotonu təqdim edirik.