Azərbaycanlı milyarderdən  “Yandex”in nəzarət paketini   almaq istəyirlər
19 may 2023 14:37 (UTC +04:00)

Azərbaycanlı milyarderdən “Yandex”in nəzarət paketini almaq istəyirlər

“Yandex”in ana şirkəti Hollandiyanın “Yandex N.V.”  rusiyalı milyarderlər Vladimir Potanin və Vahid Ələkbərovdan Rusiya şirkətinin səhmlərinin nəzarət paketini almaq təklifi alıb, 

Lent.az bildirir ki, “Bloomberg” bu barədə öz  mənbələrinə istinadən yazır.

Milyarderlər "Yandex"in ən azı 51 faizini əldə etmək istəyirdilər ki, onların təxminlərinə görə bu səhmin dəyəri 560-600 milyard rubl (7-7,5 milyard dollar) civarındadır.

Mənbələrə görə, Yandex N.V. təklifi gələn həftə keçiriləcək iclasda müzakirə edəcək, lakin yekun qərar daha sonra verilə bilər.

Səhmlərin dəyəri hökumətin tapşırığı nəzərə alınmaqla müəyyən edilir ki, ona görə də “dost olmayan” ölkələrin şirkətləri Rusiya aktivlərindən satış zamanı 50 faiz endirim etməlidir. Rusiya “Yandex N.V.”nin qeydiyyatda olduğu Hollandiyanı “dost olmayan” dövlət kimi təsnif edir.
 

# 2085
avatar

Oxşar yazılar