“Azəriqaz” İB-nin rəhbər şəxsləri Çağrı mərkəzində zəngləri cavablandırıb-VİDEO
31 dekabr 2022 18:51 (UTC +04:00)

 “Azəriqaz” İB-nin rəhbər şəxsləri Çağrı mərkəzində zəngləri cavablandırıb-VİDEO

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri bayram günlərində gücləndirilmiş iş rejimində çalışan Birliyin Qəza Çağrı Xidməti şöbəsinin əməkdaşlarının iş şəraiti ilə yaxından tanış olublar.

Lent.az-ın xəbərinə görə, şöbə əməkdaşlarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edərək onlara məsuliyyətli işlərində uğurlar arzulayıblar.

Daha sonra bayram günündə Birliyin Çağrı mərkəzinə daxil olan bəzi müraciətləri Birliyin məsul şəxsləri özləri cavablandırıb.

 “Azəriqaz” İB-nin rəhbər şəxsləri Çağrı mərkəzində zəngləri cavablandırır

# 2151
avatar

Oxşar yazılar