"Azəriqaz" İstehsalat Birliyinin hər həftə təşkil etdiyi "Açıq mikrofon" aksiyasını çox müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu, çox müsbət bir tendensiyadır”.
Bu fikirləri Lent.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, əslində vətəndaşdan qorxmayan, vətəndaşla açıq təmasda onun problemlərini həll etmək istəyən qurum kimi "Azəriqaz" İB-nin bu təşəbbüsü müsbətdir və dəstəklənməlidir:
"Əlbəttə ki, bu da bir şəffaflığın göstəricisidir. Əgər hər hansı bir digər qurumlar da belə bir təşəbbüs göstərsə, elə bir problem qalmaz. Bu istiqamətdə ən azı vətəndaşın narahatçılığını ortadan qaldıra biləcək çox ciddi nailliyyətlər əldə etmək olar. Çünki hər bir sahədə narazılıq artdıqca, bu narazılıq dövlətə qarşı çevrilir. İnsanların bu qədər laqeyd qarşılamaq və onların probleminə diqqətsiz yanaşmaq olmaz!
Həm də qurumların borcudur ki, vətəndaşla daha çevik işləsinlər. "Azəriqaz" İB əslində onun bir nümunəsini ortaya qoyub. Zənnimcə, bunu digər qurumlar da davam etdirməlidir. Yəni, bu kampaniya xətrinə olmamalıdır. Qurumlar gerçək şəkildə vətəndaşla maraqlanmalıdırlar. Onların problemlərini həll etməyə çalışmalıdırlar".

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası şəffaflığın göstəricisidir - Deputat

Oxşar yazılar

Astroloqlardan bürclərə vacib XƏBƏRDARLIQ
2 oktyabr 2023 , 00:15
Alimdən kritik XƏBƏRDARLIQ: Güclü zəlzələ olacaq
1 oktyabr 2023 , 20:15
Həddindən artıq istilər bütün bəşəriyyəti məhv edə bilər
1 oktyabr 2023 , 19:32
Yeni həyatın yaranmasının sirri AÇILDI
1 oktyabr 2023 , 19:01
Dünyadakı bütün kişilər üç kateqoriyaya bölündü – Sənin kişin HANSINDANDIR?
1 oktyabr 2023 , 18:44
Beyləqanda həyətyanı sahələri su basıb -FOTO -VİDEO
1 oktyabr 2023 , 15:53
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
1 oktyabr 2023 , 14:20