Bakıda  26 dərəcə isti   olacaq, bu ərazilərə  yağış yağacaq   - Sabahın HAVASI
24 aprel 2025 12:29 (UTC +04:00)

Bakıda 26 dərəcə isti olacaq, bu ərazilərə yağış yağacaq - Sabahın HAVASI

Aprelin 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısamüddətə tutulacağı gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 21-26° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3952

Oxşar yazılar

Hazırda yağış yağan  və külək əsən  rayonlar - FAKTİKİ HAVA

Hazırda yağış yağankülək əsən rayonlar - FAKTİKİ HAVA

19 may 2025 , 16:22
"Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ

"Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ

19 may 2025 , 16:21
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

19 may 2025 , 16:07
Nöqsanlara görə əyləncə mərkəzi BAĞLANDI  -FOTOLENT

Nöqsanlara görə əyləncə mərkəzi BAĞLANDI -FOTOLENT

19 may 2025 , 14:22
Azərbaycanda donor olmaq istəyənlərin SAYI AÇIQLANDI

Azərbaycanda donor olmaq istəyənlərin SAYI AÇIQLANDI

19 may 2025 , 14:04
 Leysan yağacağı   XƏBƏRDARLIĞI

Leysan yağacağı XƏBƏRDARLIĞI

19 may 2025 , 12:34
Bağçalara qəbul dayandırılır

Bağçalara qəbul dayandırılır

19 may 2025 , 12:00
Qəbul imtahanları ilə bağlı DİM-dən müraciət

Qəbul imtahanları ilə bağlı DİM-dən müraciət

19 may 2025 , 11:45