Bakıda metronun 3 stansiyasına giriş bağlanacaq -  SƏBƏB
05 sentyabr 2022 17:02 (UTC +04:00)

Bakıda metronun 3 stansiyasına giriş bağlanacaq - SƏBƏB

Sentyabrın 6-dan oktyabrın 1-dək "Bənövşəyi xətti"n stansiyaları girişə saat 23:30-da bağlanacaq

Bu barədə Lent.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, "Bənövşəyi xətt"in “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərə başlanılır.

Bununla əlaqədar sentyabrın 6-dan oktyabr ayının 1-nə qədər saat 23:30-da Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq

# 3576
avatar

Aytəkin Cəlali

Oxşar yazılar