Bakıda qarlı havada 54 nəfər  yıxılıb
11 yanvar 2023 12:24 (UTC +04:00)

Bakıda qarlı havada 54 nəfər yıxılıb

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edənlərin sayı artsa da, avtoqəzalar nəticəsində xəsarət alanların sayı kifayət qədər azalıb.

Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən xəbər verilib.

Bildirilib ki, son 3 gündə qarlı hava şəraiti ilə əlaqədar yıxılaraq travma alan 54 nəfər KTM-ə aparılıb. Xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb:

"Bu dövr ərazində avtomobil qəzaları nəticəsində xəsarət alaraq Mərkəzə müraciət edənlərin sayında isə kəskin azalma müşahidə olunub. Avtomobil qəzası nəticəsində yaralanan 9 nəfər Mərkəzin Təcili yardım şöbəsinə gətirilib. Bu da əvvəlki günlərlə müqayisədə dəfələrlə aşağı göstəricidir. Həkimlər bunu qarlı hava şəraitində şəxsi avtomobillərdən az istifadə edilməsi ilə əlaqələndirir".

# 1533
avatar

Oxşar yazılar