Bakıda təhlükəli liftin fəaliyyəti dayandırıldı - VİDEO
16 mart 2023 11:34 (UTC +04:00)

Bakıda təhlükəli liftin fəaliyyəti dayandırıldı - VİDEO

Bakıda hündürmərtəbəli binanın liftində nöqsan aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Binəqədi rayonu, Cavadxan küçəsi, 51 ünvanında yerləşən “Xəzər tikinti-2004” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Xəzər tikinti-2004” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MMC-nin rəhbərliyinə izah olunub.

# 1929
avatar

Oxşar yazılar