Bakıda Vərəm Dispanseri KÖÇÜRÜLÜR
13 yanvar 2023 11:30 (UTC +04:00)

Bakıda Vərəm Dispanseri KÖÇÜRÜLÜR

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində xüsusiləşdirilmiş vərəm əleyhinə xəstəxanalarda vərəmlə mübarizə üzrə göstərilən xidmətlər təkmilləşdirilir.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, əmrə əsasən, strukturun təkmilləşdirilməsi, şəraitin daha yaxşılaşdırılması məqsədi ilə “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin (Mərkəz) strukturuna daxil olan 7 nömrəli Vərəm Əleyhinə Dispanser Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi 50 a ünvanına köçürüləcək.

Eyni zamanda, bundan sonra çox sayda dərmana davamlı vərəmə yoluxmuş vərəm çöplərinin ifrazına görə müsbət və mənfi xəstələrin müalicəsi Mərkəzin strukturuna daxil olan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının, geniş sayda dərmana davamlı vərəmə yoluxmuş vərəm çöplərinin ifrazına görə müsbət və mənfi xəstələrin müalicəsi isə 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının bazasında ayrılan şöbələrdə təşkil ediləcək.
 

# 2754
avatar

Fidan İlqar

Oxşar yazılar