Bakının bu rayonunda  su kəsiləcək
28 fevral 2023 11:15 (UTC +04:00)

Bakının bu rayonunda su kəsiləcək

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar fevralın 28-də gün ərzində Binəqədi rayonunun bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A. Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin kənd Masazır ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Lent.az bildirir ki, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
 
Narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

# 3732
avatar

Oxşar yazılar