Bakının mərkəzi küçələrində içməli suyun verilməsində məhdudiyyət yaranacaq.
"Azərsu" ASC-dən Lent.az-a verilən xəbərə görə, məhdudiyyət magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədardır. Bununla bağlı martın 7-də gün ərzində Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.