Baş prokuror Ağcabədidə vətəndaşları qəbul edəcək
30 mart 2023 12:40 (UTC +04:00)

Baş prokuror Ağcabədidə vətəndaşları qəbul edəcək

Aprelin 7-də Baş prokuror Ağcabədidə vətəndaşları qəbul edəcək.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 7-də, saat 10:00-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Xocavənd və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək. 

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcabədi rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

# 1560
avatar

Oxşar yazılar