Binəqədini  su basdı  - 10 gündür boru partlayıb, küçəyə axır - VİDEO -YENİLƏNİB
18 fevral 2026 16:01 (UTC +04:00)

Binəqədini su basdı - 10 gündür boru partlayıb, küçəyə axır - VİDEO-YENİLƏNİB

0

Binəqədidə 10 gündür su basmış küçədəki boru təmir edilib.

Bu barədə Lent.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən xəbər verilib.

Bildirilib ki, axıntı aradan qaldırılıb, xətt təmir edilib.

***

15:04

Bakının Binəqədi rayonunun Binəqədi kəndində, Gülüstan küçəsi 15 ərazisində günlərdir içməli su borusu partlayıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, xəttin bərpası ilə bağlı təmir işi görüləcək:

"Ərazidə su axıntısı ilə bağlı məlumat Binəqədi rayon Sukanal İdarəsinə verilib. Ünvana briqada cəlb ediləcək, axıntının yeri müəyyənləşdirildikdən sonra xəttin təmiri və bərpası istiqamətində işlər görüləcək".

***

15:01

Bakının Binəqədi rayonunun Binəqədi kəndində, Gülüstan küçəsi 15 ərazisində günlərdir içməli su borusu partlayıb.

Lent.az-a müraciət edən sakinlər bildirir ki, 10 gündən çoxdur içməli su borusu partlayaraq, küçəyə axır.

Bu səbəbdən də yollar palçıq olub, gediş-gəliş çətinləşib. Onlar müvafiq quruma dəfələrlə müraciət etsələr də, hələ ki, məsələyə baxılmayıb.

Məsələ ilə bağlı Lent.az-ın sorğusuna İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, hazırda araşdırma aparılır, nəticə ilə bağlı əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1104

Oxşar yazılar