Bir sancması ilə insanı öldürə bilərmiş...
05 iyun 2022 09:52 (UTC +04:00)

Bir sancması ilə insanı öldürə bilərmiş...

Arı sancması nəticəsində  insan ölə də bilər.

Lent-az-ın “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, bunu allerqoloq-immunoloq Vladimir Bolibok bildirib.

Allerqoloq-immunoloq deyib ki, hətta arının bir dəfə sancması nəticəsində anafilaktik şok yaşana, insan həyatını itirə bilər: “Anafilaktik şok birinci sancmadan sonra inkişaf etmir, ikinci və sonrakı sancmadan sonra yaranır. Birinci və sonrakı sancmalar arasında kifayət qədər böyük vaxt,  bir neçə həftə, ay, hətta il ola bilər. İlk arı sancması uşaqlıq dövründə ola bilər, amma illər sonra insanda birdən allergiya yarana və bu, şoka gətirib çıxara bilər”.

# 2772
avatar

Oxşar yazılar