Birincilər əllərində gül yox, ŞƏHİD FOTOLARI İLƏ...
15 sentyabr 2022 12:25 (UTC +04:00)

Birincilər əllərində gül yox, ŞƏHİD FOTOLARI İLƏ...

Bildiyimiz kimi, bu gün Azərbaycanda 2022-2023-ci tədris ilinin ilk dərs günüdür. Ölkədə baş verəm hərbi vəziyyətlə əlaqəli məktəblərdə “Bilik Günü” təntənəli qeyd edilmir.

Lent.az xəbər verir ki, Bakı və Sumqayıtın bəzi məktəblərində ilk dərsə qədəm qoyan birincilər əllərində gül-çiçək yox, şəhid fotoları tutublar. 

Belə ki, bunlardan biri də 210 saylı tam orta məktəbdir. Burada müəllimlərin təşəbbüsü ilə birincilər əllərində şəhid şəkilləri ilə sinif otağına daxil olub. 

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusu tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən 50 hərbçimiz şəhid olub. Bu səbəbdən Elm və Təhsil Nazirliyi Azərbaycanın bütün ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib.

Qeyd edək ki, bu il 152 minə yaxın şagird ilk dəfə məktəbə ayaq basacaq. 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 610 min şagird təhsil alacaq. Onlardan 152 minə yaxını birinci sinfə gedəcək. Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir. 


 

# 4527
avatar

Fidan İlqar

Oxşar yazılar