Bizi kimlər və niyə zəhərləyir? - Şəfa və şeytan  dalğaları
22 iyul 2022 16:39 (UTC +04:00)

Bizi kimlər və niyə zəhərləyir? - Şəfa və şeytan dalğaları

Səs dalğası enerji yüklü maddə olub, orqanizmlərdə fizioloji, biokimyasal və molekulyar səviyyədə dəyişikliklərə səbəb ola bilər. Yüksək güc dalğalarda tətbiq edildikdə hüceyrə membranlarında incəlməyə, genomlarda dəyişimlərə səbəb ola bilir. 
Böyük alim Nikola Tesla, müəyyən səs dalğaları vasitəsilə beyin ritmlərinin başqa reallıqlara bağlana və oradan məlumat ala biləcəyinə inanırdı.. Tesla, Yerin ionosferində xüsusi bir şəkildə hərəkət edərək və rezonans xüsusiyyətlərini dəyişdirərək insanların məlumat qəbuletmə qabiliyyətini artırıla biləcəyini, daha böyük təkamül keçirə biləcəyini iddia edirdi.

1936-1942-ci illərdə aparılmış məxfi Filadelfiya Təcrübəsini  Tesla idarə etmişdi. Sonralar bu layihənin uğursuz nəticələndiyi deyilsə də, içərisində insanlar olan hərbi gəminin bir anda yoxa çıxaraq, sonra yenidən olduğu yerə qayıtmasını təsdiqləyən faktlar var.Yəni Tesla səs dalğaları vasitəsilə zamanda hərəkətin sirrini tapmışdı 
Bu yaxınlarda Fransız fizioloqları 42 gənc üzərində təcrübə aparıblar. Onlar 50 dəqiqə ərzində 7.5 Hz tezliyi və 130 db səviyyəsi ilə infrasəs təsirinə məruz qoyulub. İnfrasəslərin təsiri altında ürək daralması və tənəffüs ritmində dəyişikliklər, görmə və eşitmə funksiyalarının zəifləməsi, yorğunluğun artması və digər pozuntular qeydə alınıb. 7 Hz tezliyində isə psixotrop təsirlər qeydə alınıb.

İnfrasəs heç də bu yaxınlarda kəşf edilmiş fenomen deyil. Kilsə onu 250 ildən çoxdur tanıyır. Bir çox kafedral və kilsələrdə orqan boruları o qədər uzun olur ki, 20 Hz-dən az tezlikdə insan qulağı tərəfindən qəbul edilmir. İnfrasəsə məruz qalan insanlar, hətta hallünasiyalar görür. Bir çox dini mərkəzlərdə müxtəlif kabuslar gördüklərini deyirlər. Əslində isə hər şey infrasəsin təsiri altında beynin fantaziyasının məhsuludur.

Alimlər Bermud üçbucağının sirrinin infrasəs dalğalarıyla əlaqədar olduğunu da düşünürlər. Sualtı vulkanlar və zəlzələlər infrasəs vibrasiya mənbəyidir.

Harvard Universiteti məzunu, Nobel mükafatçısı doktor Horovitzə görə, sevginin özünəməxsus səsləri və rəngləri var. Əgər doğru səs dalğasında yayın edilərsə, insan orqanizmi müvafiq səs dalğalarından şəfa məqsədilə istifadə edə bilər. 528 Hz dalğasının sevgi duyğuları yaradan dalğa olması artıq isbatlanıb. 528 Hz dalğası musiqi notlarından Mi səsinə uyğun gəlir. Alim bildirib ki, genetika mühəndisləri DNT-nin reabilitasiyası, üzərində çalışarkən bu səs dalğasından istifadə edirlər.

Titrəşimlərin şəfaverici gücü barədə Nikola Tesla da bəyan eləmişdi. O müəyyən titrəşimli dalğalar göndərməklə uzaqdakı xəstəni müalicə etməyin mümkünlüyü iddiasını irəli sürmüşdü. Bu dalğalar vasitəsilə hətta onkoloji xəstəliklərin sağalması, insan orqanizminin özünü bərpa etməsi mümkündür. 

Hətta 528 Hz dalğasındakı səsə, titrəşimə gündə bir neçə dəfə qulaq asmağın insanı gəncləşdirdiyi, beyni daha çox inkişaf etdirməklə müəyyən güclərə sahiblənməyə yardımçı olduğu deyilir.

Mütəxəssislərin fikrinə görə, 528 Hz titrəşimləri var olan hər şeyə toxuna bilir, çünki maddi olaraq mövcud olan hər bir şey əslində titrəşimlərdən ibarətdir, enerjidir. İnsan bədənindəki hər orqanın özünün ayrı-ayrı titrəşimlərə uyğun gəldiyi bildirilir.
Məsələn: 337 Hz: Qan dövranına, 537 Hz: Endokrin sistemə, 625 Hz: Böyrək funksiyalarına, 635 Hz. Hipoviz vəzinə, 654 Hz: Pankreas vəzinə, 662 Hz: Epiviz vəzinə, 696 Hz: Ürəyə, 751 Hz: Qara ciyərə, 763 Hz: Tiroid vəzinə, 764 Hz: Sinir sisteminə, 835 Hz: İmmunitetə, 1335 Hz: Adrenalin və stresslə mübarizəyə, 1565 Hz: Ruh halna müalicəvi təsir edir.
 Hər gün dinləyib zövq aldığımız bütün musiqilər A=440 Hz-də səslənir. Və bu zəhərli dalğa hesab olunur. Bəs 528 HZ-də sevgi və hüzn tapırıqsa, 440 hz-də bizləri zəhərləməyə kimlər qərar verib?

Hər şey “Standard Tuning” dediyimiz musiqinin A=440 Hz-də müəyyənləşməsi ilə başlayıb. Bunu da illər öncə ilk dəfə Rokfeller qrupu həyata keçirib. Ona alternativ olan A=444 Hz (C=528 Hz) isə gizlədilib, unutdurulub. 

Kütlələrə təqdim olunan hər şeyin altında isə sadəcə kütlə psixologiyasını idarə etmək istəyi dayanıb.

# 2208
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar