Böyük Vətən müharibəsi iştirakçılarının da təqaüdü artdı
13 yanvar 2023 11:21 (UTC +04:00)

Böyük Vətən müharibəsi iştirakçılarının da təqaüdü artdı

1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 330 (üç yüz otuz) manat müəyyən edilib.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla “1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamının 1-ci hissəsində “300 (üç yüz)” sözləri “330 (üç yüz otuz)” sözləri ilə əvəz edilib.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

# 2115
avatar

Oxşar yazılar