Bu müəllimlərə əlavə əməkhaqqı veriləcək - Nazir AÇIQLADI
27 iyul 2022 11:39 (UTC +04:00)

Bu müəllimlərə əlavə əməkhaqqı veriləcək - Nazir AÇIQLADI

“Düşünürük ki, sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərin əməkhaqqısına əlavələr verilsin”.

Lent.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, sertifikasiya yalnız müəllimlərin hazırlıq səviyyəsinin təminatı aləti deyil:

“Müəllimlərin əməkhaqqısında yeni əməkhaqqı sisteminin tətbiqini və differensiallaşdırmanı nəzərdə tutmuşuq. Sertifikasiya yalnız müəllimlərin hazırlıq səviyyəsinin təminatı aləti deyil, eyni zamanda müəllimlərin işinin rəğbətləndirilməsidir. Ümid edirəm ki, növbəti ildən biz buna başlaya biləcəyik”.

# 6030
avatar

Fidan İlqar

Oxşar yazılar