Bu rayona  DOLU YAĞDI   - FAKTİKİ HAVA
31 mart 2023 12:51 (UTC +04:00)

Bu rayona DOLU YAĞDI - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.

Yağan yağıntının miqdarı: Qaxda 9.0 mm, Balakəndə 7.0 mm, Quba, Zaqatalada 3.0 mm, Lerik, Tovuz, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəki, Qusar, Xaltan, Şahdağ, Kürdəmir, Yardımlı, Gəncə, Şəmkir, Ceyrançöl, Şamaxı, Lənkəran, Astarada 2.0 mm-dək olub.

Dolu: Ağstafa rayonu Bayraq meydanında və Tatlı kəndində saat 16:00-16:19 radələrində diametri 16-17 mm olan dolu düşüb.

 

Külək: Şimal-qərb küləyi arabir Naftalanda 35 m/s, Tərtər, Ağdamda 28 m/s, Ağstafa, Gəncə, Bərdədə 24 m/s, Şəmkirdə 23 m/s, Kəlvəz, Şirvanda 21 m/s, Yevlax, Neftçala, Zərdab, Beyləqanda 20 m/s, Göycay, Naxcıvanda 18 m/s, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 36 m/s, Sumqayıtda 30 m/s, Pirallahı, Çilov adasında 23 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 20 m/s, Maştağada 18 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.


Duman: Bakı, Pirallahı, Neft Daşları, Naxçıvan, Şərur, Göygöl, Balakən, Qax, Şamaxı, Altıağac, Qusar, Xaltan, Qrız, Şabran, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.


Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 13°-dək isti, dağlıq rayonlarda 1°-dək şaxta, aran rayonlarında 6-9° isti olub.


Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 01-i axşamadək, yağıntılı hava şəraiti isə aprelin 02-si gündüzədək davam edəcək.

# 2343
avatar

Oxşar yazılar