Bu rayonlara güclü  dolu yağıb   - FAKTİKİ HAVA
05 iyun 2023 19:09 (UTC +04:00)

Bu rayonlara güclü dolu yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyunun 5-i saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Goranboy, Tovuz, Gədəbəydə şimşək çaxıb, yağış yağıb.

Tovuz rayonunun Kirən məntəqəsində saat 14:55-15:07 radələrində diametri 20 mm, Goranboy rayonunun Börü, Buzluq və Erkeç kəndlərinə saat 16:40-16:45 radələrində 8-9 mm, Gədəbəy rayonunun Samanlıq kəndinə isə saat 17:10 radələrində dolu düşüb.

# 4083
avatar

Oxşar yazılar