Bu rayonlara leysan yağıb, Qarasu çayına  sel gəlib   - FAKTİKİ HAVA
07 iyun 2023 18:12 (UTC +04:00)

Bu rayonlara leysan yağıb, Qarasu çayına sel gəlib - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyunun 7-si saat 18:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Daşkəsən Göygöl, Balakən, Qrızda duman müşahidə olunub.

Saat 17:00 radələrində Zərdab rayonu ərazisindən axan Qarasu çayından sel keçib.

# 3783
avatar

Oxşar yazılar