Bu rayonlarda qaz OLMAYACAQ
06 sentyabr 2022 09:58 (UTC +04:00)

Bu rayonlarda qaz OLMAYACAQ

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissənin dəyişdirilməsi, 2 ədəd futlyarların quraşdırılması və  kəmərin müvafiq hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 7 sentyabrda təmir işlərinin görülməsi planlaşdırılır.

Lent.az xəbər verir ki, təmir işləri aparılan müddətdə saat 08:30-dan  İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin  qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 2541
avatar

Aytəkin Cəlali

Oxşar yazılar