Bu tarixlərdə meteor yağışı  OLACAQ
05 may 2023 13:17 (UTC +04:00)

Bu tarixlərdə meteor yağışı OLACAQ

Mayın 5-6-da “Eta-Akvarid” adlı meteor yağışı olacaq. 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Lent.az-a verilən məlumata görə, “Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır.

İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq. Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək. 

“Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir. Yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir. Bu il  mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq. Meteor axını Dolça bürcündən başlayacaq və səmanın hər yerində görünəcək.

# 2301
avatar

Fidan İlqar

Oxşar yazılar