Çörəyin çəkisində ALDATMALAR  - YOXLAMALAR BAŞLADI
28 sentyabr 2022 09:28 (UTC +04:00)

Çörəyin çəkisində ALDATMALAR - YOXLAMALAR BAŞLADI

Çörəyin çəkisinə nəzarət məqsədilə mütəmadi monitorinqlər aparılır. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Lent.az-a verilən məlumata görə, istehlak bazarında çörəyin faktiki çəkisi ilə etiketdə göstərilən çəkinin uyğunluğuna nəzarət edilməsi istiqamətində monitorinqlərini davam etdirir.

 “Bizim Market”də satılan “Bakery” MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciəti araşdırılıb və istehlakçının çəkidə aldadıldığı müəyyən edilib. “Bizim Market” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məlumat üçün bildiririk ki, çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı Dövlət Xidməti tərəfindən iri çörək istehsalçıları və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərilib və qanunvericiliyə riayət olunması tələb edilib.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, istehlakçıların malların, işlərin və ya xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Satıcı (istehsalçı) məhsulların kütləsi və ya çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməlidir. Əks halda istehlakçıların aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manata, vəzifəli şəxslər min beş yüz manatdan iki min manata, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.

# 3576
avatar

Fidan İlqar

Oxşar yazılar

Sabah üçün tibbi-meteoroloji  PROQNOZ

Sabah üçün tibbi-meteoroloji PROQNOZ

23 aprel 2024 , 15:26
Narkotik artıq  məktəblərə yol tapıb   - Siyavuş Novruzov

Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov

23 aprel 2024 , 14:33
30 dərəcə istidən sonra  şaxtalı hava

30 dərəcə istidən sonra şaxtalı hava

23 aprel 2024 , 14:11
Vüqar Səfərli də ƏFV istəyir

Vüqar Səfərli də ƏFV istəyir

23 aprel 2024 , 14:09
Aprelin 23-nün  ən xoşbəxt   BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız  var

Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var

23 aprel 2024 , 13:48
Sabah  30 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 30 dərəcə isti olacaq - HAVA PROQNOZU

23 aprel 2024 , 12:48
Sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

Sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

23 aprel 2024 , 10:59
Yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

Yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

23 aprel 2024 , 09:13