Direktorun ad gününə pul yığan müəllimlə bağlı RƏSMİ CAVAB  - YENİLƏNİB
07 oktyabr 2022 13:29 (UTC +04:00)

Direktorun ad gününə pul yığan müəllimlə bağlı RƏSMİ CAVAB - YENİLƏNİB

Abşeron rayonu Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyevanın rüşvətlə bağlı səs yazısının araşdırmaları sona çatıb.

Abşeron Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səbinə Məmmədova Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Novxanı kənd 1 nömrəli tam orta məktəblə bağlı yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb:

"Məlum olub ki, 2021-ci ilin dekabr ayında Novxanı kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əmirova Aytən Hacı qızı və şagirdlərin öz şəxsi istəyi və təşəbbüsləri ilə məktəbin direktoru Taliyə Mirzəyevanın ad günü üçün müəyyən vəsait toplanmasını tapşırıb. Məsələ ilə bağlı sözügedən məktəbin direktoru və müəllimindən izahat alınıb. Direktor izahatında məlum hadisədən məlumatsız olduğunu bildirib. Müəllim Əmirova Aytən Hacı qızı barəsində isə müvafiq ölçü götürülüb".

***

05.10.2022

saat: 18:00

 

 

Daha bir direktorun rüşvət alması ilə bağlı səs yazısının yayıldığı iddia olunur. 

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, iddiaya görə, Abşeron rayonu Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva ad gününə görə şagirdlərdən rüşvət toplayıb.

Həmçinin direktorun keçən il məktəbdə hicablı şagirdin başından zorla hicabını çıxatdığına görə də gündəmə gəldiyi vurğulanır.

Məsələ ilə bağlı 1 nömrəli məktəbdən Lent.az-a bildirildi ki, iddiaların hamısı cəfəngiyatdır və yalandır.

Abşeron Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səbinə Məmmədova isə məsələ ilə bağlı araşdırma aparıldığını qeyd edib:

"Bu səs çox gümanki ötən ilə aiddir. Deyirlər ki, direktorun xəbəri olmayıb. Bu pul yığma ya müəllimin, ya da valideynin öz təşəbbüsü olub. Bütün hallarda araşdırma aparılır".

# 8013
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülərə XƏBƏRDARLIQ

4 dekabr 2022 , 11:40
FHN-in xilasetmə əməliyyatı-VİDEO

FHN-in xilasetmə əməliyyatı-VİDEO

4 dekabr 2022 , 11:23
Bu rayonlara qar yağdı-FOTO

Bu rayonlara qar yağdı-FOTO

4 dekabr 2022 , 10:45
Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16
® "Azercell" və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

®"Azercell" və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

3 dekabr 2022 , 12:44
Sabahın havası: -10 dərəcə şaxta  olacaq

Sabahın havası: -10 dərəcə şaxta olacaq

3 dekabr 2022 , 12:37