Daha neçə nəfər koronavirusa yoluxdu?
30 oktyabr 2022 19:09 (UTC +04:00)

Daha neçə nəfər koronavirusa yoluxdu?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 247 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 982 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib, aktiv xəstə sayı 321 nəfərdir.

Ölkədə son sutka ərzində 1 718, hazırkı dövrədək isə 7 319 300 test aparılıb.

# 1836
avatar

Oxşar yazılar