Dəhşətli istilərlə bağlı   XƏBƏRDARLIQ
14 iyul 2022 13:48 (UTC +04:00)

Dəhşətli istilərlə bağlı XƏBƏRDARLIQ

Havanın temperaturunun kəskin artacağı  ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, iyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-43°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir. 
 
Qərb küləyi arabir 15-18 m/s, 14-ü axşamdan 16-sı səhərədək və 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

# 5163
avatar

Oxşar yazılar