Əhaliyə xəbərdarlıq  - Hava şəraiti kəskin dəyişir
08 iyun 2024 21:50 (UTC +04:00)

Əhaliyə xəbərdarlıq - Hava şəraiti kəskin dəyişir

İyunun 9-da ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,  Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan,  Neftçala, Biləsuvar, Hacıqabul, Goranboy, Daşkəsən, Ağdam, Tərtər, Bərdə, Şəki,  Qax, Zaqatala, Göygöl, Gəncə, Naftalan, Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək. 

Ölkə ərazisində küləkli hava şəraiti iyunun 10-dək fasilələrlə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 48246
avatar

Oxşar yazılar