Eldar Mahmudovun villasının qarşısında AKSİYA
02 sentyabr 2022 13:45 (UTC +04:00)

Eldar Mahmudovun villasının qarşısında AKSİYA

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun Nardarandakı villasının qarşısında etiraz aksiyası keçirilib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Məlumata görə, etirazçılar keçmiş MTN tərəfindən həbs olunanlardır. Onlar saxta ittihamlarla qanunsuz həbs olunduqlarını və yaxınlarından pul alınaraq azadlığa buraxıldıqlarını bildiriblər. 

Etirazçılar aksiya zamanı “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” deyə, şüarlar səsləndiriblər.

İştirakçılar sabiq nazir Eldar Mahmudovun, sabiq baş prokuror Zakir Qaralov və birinci müavin Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını tələb ediblər. Onların sözlərinə görə. yaxınlıarından alınan pulların bir hissəsidə məhz adları çəkən keçmiş vəzifəlilərə çatıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aksiyanın dinc şəraitdə keçdiyi bildirilib.

Qeyd olunub ki, aksiya zamanı heç bir insident yaşanmayıb və saxlanılan olmayıb.

# 3576
avatar

Oxşar yazılar