Elşad Miridən  Hacı Şahinlə bağlı PAYLAŞIM 
02 mart 2023 11:30 (UTC +04:00)

Elşad Miridən Hacı Şahinlə bağlı PAYLAŞIM 

İlahiyyatçı Elşad Miri Hacı Şahinin vəfatı ilə bağlı paylaşım edib. 

Lent.az xəbər verir ki, o, mərhumun ailəsinə başsağlığı verib. 

“Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olan Hacı Şahin Həsənlinin ürək tutmasından dünyasını dəyişdiyini eşitdim.

Eyni düşüncədə olmasaq da, dinə eyni prizmadan yanaşmasaq da, vəfatına çox üzüldüm. 

Allah rəhmət eləsin! Günahlarını bağışlasın! Ailəsinə və sevdiklərinə səbr diləyirəm...

اِنَّا لِلّٰهِ وَاِنَّٓا اِلَيْهِ رَاجِعُونَۜ - Hər şeyimizlə Allaha məxsusuq və Ona qayıdacağıq!”, - deyə ilahiyyatçı bildirib. 

# 6207
avatar

Sevinc Fərid

Oxşar yazılar