Enerji vampirləri:  Onlardan necə qorunmaq   olar?
12 fevral 2026 14:18 (UTC +04:00)

Enerji vampirləri: Onlardan necə qorunmaq olar?

0

Enerji vampiri həyat yoldaşınız, ən yaxın dostunuz, iş yoldaşınız və ya qonşunuz da ola bilər. Psixoloqlar xəbərdarlıq edirlər ki, bu cür insanlar onlarla ünsiyyətdən sonra qarşı tərəfi tükənmiş və yorğun vəziyyətdə qoyurlar. Mütəxəssislərin fikrincə, enerji vampiri anlayışı mistika ilə bağlı deyil. Bu termin toksik davranış nümayiş etdirən, başqalarının emosional resursları hesabına özünü yaxşı hiss edən insanlara aiddir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, belə insanlar səmimi münasibətlərdən qidalanır, ətrafındakıları isə emosional olaraq boşalmış və ruhdan düşmüş vəziyyətdə buraxırlar.

Onlar daim öz problemlərini və qayğılarını başqalarının üzərinə yükləyir, diqqət və dəstək axtarışında olurlar.

Onları necə tanımaq olar?

Enerji vampirlərinin əsas əlamətləri arasında həddindən artıq diqqət və öz əhəmiyyətlərinin təsdiqinə olan ehtiyac ön plandadır. Onlar zamanla əhvalınızı poza, ikimənalı sözlər işlədə və ya təzyiq göstərərək hisslərinizi açıq ifadə etməyinizə mane ola bilərlər.

Nyu-Yorkda yerləşən Albert Eynşteyn Tibb Kollecinin psixiatriya və davranış elmləri üzrə dosenti Simon Rego bildirir ki, sağlam münasibətlərdə vermək və almaq arasında tarazlıq olur. Onun sözlərinə görə, belə ünsiyyətdə hər iki tərəf özünü enerjili, gümrah və müsbət hisslərlə dolu hiss edir. Enerji vampirləri isə başqalarının hiss və emosiyalarından istifadə edərək özlərini “enerji ilə doldururlar”.

Toksik davranışlı insanlar adətən özünəinamlarını artırmaq üçün davamlı emosional dəstək axtarırlar. Onların hədəfi çox vaxt xoşxasiyyətli, həssas, mərhəmətli və pozitiv enerjiyə malik insanlar olur. Bu vampirlər olduqca israrlı olduqları üçün mehriban insanlar onlara “yox” deməkdə çətinlik çəkir. Üstəlik, məqsədlərinə çatmaq üçün günah hissi yaratmağa və ya açıq ultimatumlar verməyə də meylli olurlar.

Enerji vampirindən necə qorunmaq olar?

Mütəxəssislər bildirirlər ki, enerji vampiri ilə uzunmüddətli ünsiyyət qurbanın səhhətinə ciddi zərər vura bilər. Zamanla artan stress narahatlıq, depressiya, ürək-damar xəstəlikləri və digər problemlərə yol aça bilər.

Əsas tövsiyələr bunlardır: Aydın və sərt sərhədlər müəyyənləşdirin, lazım gələrsə, münasibəti bitirməyə hazır olun, enerji vampirini dəyişdirməyə və ya xilas etməyə çalışmayın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar