Gəncə tarixində ən möhtəşəm SİRK şousu
05 may 2023 13:20 (UTC +04:00)

Gəncə tarixində ən möhtəşəm SİRK şousu

Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi baş tutmuş beynəlxalq “DZİVA” sirk şousu Gəncəyə yola düşüb.

Lent.az xəbər verir ki, may ayının 4-dən 9-a kimi Gəncə İdman Olimpiya Kompleksində “DZİVA” şousu təqdim ediləcək.

Proqramda Monte-Karlo festivalı iştirakçıları və digər dünya festivalların səhnəsini  fəth etmiş müxtəlif ölkələrin  peşəkar  sirk artistləri çıxış edəcəklər.

Tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivun şir və pələnglərin unikal çıxışları ilə bənzərsiz edəcək.

# 1971
avatar

Oxşar yazılar