Gəncədə 150 kilodan çox  leş əti   aşkarlandı
23 may 2022 17:59 (UTC +04:00)

Gəncədə 150 kilodan çox leş əti aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Z. Əliyeva küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Kamran Sədir oğluna məxsus ət məhsullarının satışı məntəqəsinə keçirdiyi baxış zamanı baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, qaralmış, ümumi çəkisi 152 kq mənşəyi məlum olmayan ət aşkarlanıb

Agentlikdən Lent.az-a verilən xəbərə görə, mənşəyi məlum olmayan ət satış şəbəkəsindən çıxarılaraq saxlanca qoyulub, müayinələrin aparılması üçün götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq labaratoriyalarına təqdim edilib.

Müayinələr nəticəsində ətin qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, köhnə və ölmüş heyvan əti olduğu müəyyən olunub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

# 2061
avatar

Oxşar yazılar