Güclü qar yağacaq   - Hava XƏBƏRDARLIĞI
16 mart 2023 11:53 (UTC +04:00)

Güclü qar yağacaq - Hava XƏBƏRDARLIĞI

Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Azərbaycanın rayonlarında

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 16-sı səhər cənub və qərb rayonlarından başlayaraq hava dəyişəcək.

Ayın 18-i axşamadək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. 

Bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.

# 11343
avatar

Oxşar yazılar