Hava kəskin dəyişəcək, güclü külək, leysan... -  XƏBƏRDARLIQ
13 sentyabr 2022 17:24 (UTC +04:00)

Hava kəskin dəyişəcək, güclü külək, leysan... - XƏBƏRDARLIQ

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında 
 
Sentyabrın 14-ü gündüzdən 15-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında
 

Sentyabrın 14-dən 15-i səhərədək bəzi yerlərdə qısamüddətli yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda isə yağışın leysan xarakteli olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. 

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. 

Çaylarda sululuğun artacağı ehtimal olunur.

# 5304
avatar

Oxşar yazılar