Hava kəskin dəyişəcək,  güclü qar yağacaq - XƏBƏRDARLIQ
18 fevral 2026 19:12 (UTC +04:00)

Hava kəskin dəyişəcək, güclü qar yağacaq - XƏBƏRDARLIQ

0

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 660

Oxşar yazılar