Havanın  kəskin dəyişəcəyi   ilə bağlı daha bir XƏBƏRDARLIQ
06 yanvar 2023 16:11 (UTC +04:00)

Havanın kəskin dəyişəcəyi ilə bağlı daha bir XƏBƏRDARLIQ

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

Bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Külək:  Şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Yanvarın 8-i axşamdam 12-dək yolların buz bağlaması ehtimalı var.

Azərbaycanın rayonlarında

Bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 07-si axşam şimal və qərb rayonlarından başlayaraq 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Külək:  Şimal-şərq küləyi 07-si axşamdan 09-u gündüzədək bəzi yerlərdə arabir  güclənəcək.

Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

Yollar: Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.

# 3468
avatar

Oxşar yazılar