Həftənin ilk “Açıq mikrofon”u Qəbələdə keçirildi-FOTO
22 may 2023 21:31 (UTC +04:00)

Həftənin ilk “Açıq mikrofon”u Qəbələdə keçirildi-FOTO

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qəbələ rayonunun sakinləri üçün təşkil olunub. 

Lent.az xəbər verir ki, həftənin ilk aksiyasında ümumilikdə 5 müraciət ünvanlanıb. Mikrofon önünə keçən abonentlər debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi, qapı keçidinin quraşdırılması, fərdi yaşayış evinin sayğacla təmin edilməsi və qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər.  Zaqatala RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.
 

# 1674
avatar

Oxşar yazılar