Hərbi prokurordan YENİ TƏYİNATLAR
16 oktyabr 2025 13:12 (UTC +04:00)

Hərbi prokurordan YENİ TƏYİNATLAR

0

Hərbi Prokurorluqda yeni təyinatlar olub.

Lent.az xəbər verir ki, bu barədə hərbi prokuror ədliyyə general-mayoru Bəhruz Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Digər əmrlərlə Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə, İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə, Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

Hərbi Prokurorluqdan Lent.az-a məlumatı təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar